Şirvanda dini və mənəvi əxlaqı dəyərlərin qorunması mövzusunda konfrans keçirilib

Şirvanda dini və mənəvi əxlaqı dəyərlərin qorunması mövzusunda konfrans keçirilib
# 13 may 2014 08:22 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində “Dini və mənəvi əxlaqı dəyərlərin qorunması, qadağan olunmuş dini təriqətlərin təbliğinin qarşısının alınması” mövzusunda konfrans keçirilib.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, tədbirdə Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanlar İdarəsi və digər qurumların nümayəndələri iştirak ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov çıxış edərək bildirib ki, vicdan və dini etiqad azadlığının qorunması beynəlxalq hüquqi normalara uyğunlaşdırılıb.

Qeyd olunub ki, ölkədə dövlətlə dini qurumlar arasında münasibətlər Azərbaycan Respublikası Konstitusiyasının maddələri, “Dini etiqad azadlığı haqqında” qanun və digər qanunvericilik aktları ilə tənzimlənir. DİN rəsmisi deyib ki, zərərli təriqətlərin yayılmasına əsasən Bakı, Sumqayıt, Mingəçevir, Balakən, Quba, Qusar, İsmayıllı, Mingəçevir və Ağdaşda rast gəlinir. Bununla bağlı bütövlükdə 261 nəfərin inzibati və cinayət məsuliyyətinə cəlb olunduğu vurğulanıb. Daha sonra tədbirdə çıxış edən Dini Qurumlarla üzrə Dövlət Komitəsinin Aran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tural Əliyev dini və mənəvi-əxlaq dəyərlərinin qorunması, qadağan olunmuş dini təriqətlərin təbliğinin qarşısının alınması sahəsində görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, müasir mərhələdə hökumətin din siyasəti ölkədə mövcud ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik, etnik dini tolerantlıq, mütərəqqi tarixi ənənələrdən bəhrələnir.

Sonda Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Samit Abıyev, Şirvan şəhər Polis Şöbəsinin rəisi Şahin Mirzəyev və Qafqaz Müsəlmanlar İdarəsinin Şirvan şəhəri üzrə nümayəndəsi Hacı Əvəz Mehrəliyev çıxış edərək Şirvan şəhərində bu istiqamətdə aparılan işlərdən danışdılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR