Azərbaycan bu il Türkiyədən 44,7 mln. dollarlıq ağac və meşə məhsulları alıb

Azərbaycan bu il Türkiyədən 44,7 mln. dollarlıq ağac və meşə məhsulları alıb
# 10 mart 2014 08:45 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Türkiyənin ən çox ağac və meşə məhsullarının ixrac etdiyi dördüncü ölkə Azərbaycandır. Belə ki, bu ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana, xüsusilə Naxçıvan Muxtar Respublikasına 44,662 mln. dollarlıq ağac və meşə məhsulları satılıb. «APA-Economics»in xəbərinə görə, bu barədə Türkiyə İxracatlar Məclisinin (TİM) hesabatında qeyd edilib.

Məlumata görə, analoji dövrdə 111,798 mln. dollarlıq məhsul İraqa, 62,311 mln. dollarlıq - İrana, 47,771 mln. dollarlıq ağac və meşə məhsulları isə Liviyaya ixrac olunub.

Qeyd edək ki, Türkiyə bu ilin yanvar-fevral aylarında ümumilikdə 707,211 mln. dollar dəyərində ağac və meşə məhsulları ixrac edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 13,8% çoxdur.

Ötən iki ayda İstanbuldan 312,4 mln. dollar, İzmirdən 78,105 mln. dollar, Bursadan 68,188 mln. dollar, Kayseridən 47,7 mln. dollar, Qaziantepdən 31,477 mln. dollarlıq ağac və meşə məhsullarının ixracı həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR