İranın yeni prezidenti dünya ölkələri ilə konstruktiv münasibətlər quracaq

İranın yeni prezidenti dünya ölkələri ilə konstruktiv münasibətlər quracaq
# 30 iyun 2013 21:15 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın yeni prezidenti Həsən Ruhani ölkənin mübahisəli nüvə proqramı səbəbindən əlaqələri gərginləşən supergüclərlə konstruktiv münasibətlər quracağını açıqlayıb.

APA-nın məlumatına görə, H. Ruhani bildirib ki, xarici siyasətdə mülayimlik nə təslim olmaq, nə də meydan oxumaqdır: “Bu, dünya ilə konstruktiv və təsirli əlaqə qurmaq deməkdir”.

O bildirib ki, fərqli siyasi fikirləri malik kabinet quracaq: “Hələlik yeni kabinetdə kimlərin olacağı ilə bağlı qərar alınmayıb. Mətbuatda bununla bağlı dərc olunmuş xəbərlər yalnız ehtimallardır. Hazırda yeni kabinetin formalaşdırılması üçün öz ətrafım və müxtəlif siyasi qruplarla danışıqlar aparırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR