Baş katib: “ATƏT-in Bakı Ofisinin statusuna yenidən baxılmasını tələb etmək Azərbaycanın qanuni haqqıdır” - EKSKLÜZİV

Baş katib: “ATƏT-in Bakı Ofisinin statusuna yenidən baxılmasını tələb etmək Azərbaycanın qanuni haqqıdır” - <span style="color: red;">EKSKLÜZİV
# 24 may 2013 12:24 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “ATƏT-in ofisinin yerləşdiyi hər bir ölkənin yerlərdə əməliyyatların müəyyən olunmasında rolu var. Bu mənada təşkilatın Bakı Ofisinin mandatına yenidən baxılması müraciəti Azərbaycanın qanuni haqqıdır”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında ATƏT-in baş katibi Lamberto Zanier deyib.

Baş katib bu məsələ ilə bağlı hazırda Vyanada müzakirələr getdiyini bildirib: “Keçən həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanaya səfər edib və bu məsələ haqqında müzakirələr aparıb. Ümid edirəm ki, tezliklə razılığa gələcəyik. Bu cür məsələlər konsensus əsasında həll olunur. Azərbaycanın ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsini tələb etmək haqqı var, lakin bu haqda qərar bütün ATƏT üzvü olan ölkələr tərəfindən qəbul olunmalıdır. Mən şəxsən, ümid edirəm ki, konstruktiv həllə nail olunacaq, ATƏT-in Bakı Ofisi tərəfindən bu günə qədər həyata keçirilən işləri davam etdirə biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR