ABŞ dövlət katibi İsraildə səfərdədir

ABŞ dövlət katibi İsraildə səfərdədir
# 05 dekabr 2013 13:26 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. ABŞ dövlət katibi Con Kerri İsrailə səfər edib.

APA-nın İsrail KİV-nə istinadən yaydığı məlumata görə, səfər Avropa və Yaxın Şərq ölkələrinə turne çərçivəsində gerçəkləşib.

Səfər zamanı Con Kerrinin İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü nəzərdə tutulub. Tərəflər İranın nüvə proqramı ilə bağlı məsələni və İsrail-Fələstin danışıqların perspektivlərini müzakirə edəcəklər.

Danışıqlardan sonra B.Netanyahu və C.Kerri Fələstin prezidenti Mahmud Abbasla Ramallada görüşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR