Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
# 26 iyul 2013 10:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarədən APA-ya verilən məlumatda bildirilir ki, iyulun 25-də paytaxtın Füzuli və Mirzəağa Əliyev küçələrinin arasında inşa olunan, ümumi sahəsi 21 hektar olan və 4500 avtomobil tutumuna malik üçmərtəbəli yeraltı avtomobil dayanacağı sürücülərin və avtomobil sahiblərinin istifadəsinə verilib.


Bununla əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yeraltı duracağın yerləşdiyi ərazidə və onun yaxınlığında nəqliyyat vasitələrini yolun hərəkət hissəsində parklayan sürücüləri 5 giriş-çıxışı olan bu duracaqdan istifadə etməyə çağırır, eləcə də dayanma, durma və parklanma qaydalarını pozan, habelə digər nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinə mane olan avtomobillər təxliyə olunmaqla sürücülərinin inzibati məsuliyyətə cəlb olunacaqlarını bir daha onların diqqətinə çatdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR