“APA Holding”in İKT Departamentinin direktoru və iki əməkdaşı “Hackathon Azerbaijan”nın keçirdiyi müsabiqənin qalibi olub - FOTOSESSİYA - VİDEO

“APA Holding”in İKT Departamentinin direktoru və iki əməkdaşı “Hackathon Azerbaijan”nın keçirdiyi müsabiqənin qalibi olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 09 aprel 2014 13:37 (UTC +04:00)

APA-nın xəbərinə görə, müsabiqəyə nazirliyin nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Mərkəzi, Yüksək Texnologiyalar Parkı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, R.I.S.K və “Delta Telecom” şirkətləri də dəstək verib.

Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, müsabiqənin məqsədi Azərbaycanda informasiya təhlükəsizliyi sahəsini inkişaf etdirmək, bu sahədə kadr potensialının artırılmasıdır. Onun sözlərinə görə, informasiya təhlükəsizliyi mövzusunda keçirilən budəfəki yarışmada ümumilikdə 100-ə yaxın komanda iştirak edib: “Yarış iştirakçıları proqramlaşdırma sahəsi, web təhlükəsizlik, şəbəkə təhlükəsizliyi, kriptoqrafiya və s. ilə bağlı bilik və təcrübələrini sınaqdan keçiriblər. 5 komanda rəqiblərindən fərqlənərək qaliblər siyahısına düşməyə haqq qazanıb. Cəmiyyətdə İKT o dərəcə geniş yayılıb ki, hər bir şəxs bu texnologiyalardan istifadə etməyi bacarmalıdır. Bu müsabiqələrin də keçirilməsi gənclərin İKT-yə marağının artırılmasına, malik olduqları biliklərin bir qədər də yüksəldilməsinə, onların İKT sahəsində əldə etdikləri bilikləri komanda şəklində tətbiq etməyi öyrənməsinə xidmət edir”.

Müsabiqə qaliblərinin adı açıqlanıb. Müsabiqədə birinci yeri “APA Holdinq”in İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) Departamentinin əməkdaşları qazanıb. Departamentin direktoru Arif Şəmistanlı, proqramçılar Ramal Həcətəliyev və Emil Quliyevdən ibarət komanda müsabiqənin qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR