ABŞ-da 2500 aviareys təxirə salınıb

ABŞ-da 2500 aviareys təxirə salınıb
# 09 dekabr 2013 10:02 (UTC +04:00)

APA-nın ABŞ mətbuatına istinadən xəbərinə görə, anomal hava şəraiti nəticəsində 5 nəfər həyatını itirib.

Ən çox – mindən artıq aviareys Texasın “Dallas/Fort-Uert” beynəlxalq hava limanında təxirə salınıb. Vaşinqton və Filadelfiya aeroportlarında 400 aviareys vaxtında yerinə yetirilməyib.

Anomal hava şəraiti avtomobil yollarında da hərəkəti iflic edib və avtomobil qəzalarının sayını kəskin artırıb.

Meteoroloqlar dekabrın 9-da ABŞ-ın şimal-şərqində hava şəraitinin daha da pisləşəcəyini və yağıntıların artacağını proqnozlaşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR