Avropa Birliyinin nümayəndə heyəti Azərbaycana gəlir

Avropa Birliyinin nümayəndə heyəti Azərbaycana gəlir
# 30 sentyabr 2013 11:18 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Avropa Xarici Siyasət Xidmətinin Rusiya, “Şərq tərəfdaşlığı”, Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT üzrə bölməsinin direktoru Qunnar Viqandın (Gunnar Wiegand) rəhbərlik etdiyi Avropa Birliyi nümayəndə heyəti Azərbaycana gələcək. APA-nın AB-nin Azərbaycan nümayəndəliyinə istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd oktyabrın 1-də Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komitəsinin Bakıda keçiriləcək iclasına qatılmaqdır.

İclasda Azərbaycan-AB münasibətlərinin gündəmindəki ən aktual məsələlər müzakirə olunacaq. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edəcək.

Qeyd edək ki, 1996-cı ildə Azərbaycanla AB arasında əməkdaşlıq və tərəfdaşlığa dair saziş imzalanıb və sənəd 1999-cu il iyulun 1-də qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR