Mehman Sadıqov: “12 saylı Cəzaçəkmə Müəssisəsində qiyam baş verməsi barədə yayılan məlumatlar əsassızdır”

Mehman Sadıqov: “12 saylı  Cəzaçəkmə Müəssisəsində qiyam baş verməsi barədə yayılan məlumatlar əsassızdır”
# 10 iyun 2013 09:17 (UTC +04:00)

Bu barədə APA-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.

M. Sadıqov bildirib ki, müəssisədə hər hansı qiyam baş verməyib: “Orada saxlanılan məhkumlardan biri nahar vaxtı yeməkxanada kobudluq edərək daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğu üçün cərimə kamerasına salınıb. Həmin məhkum əvvəllər də dəfələrlə nizam-intizam qaydalarını pozub. 12 saylı Cəzaçəkmə Müəssisəsində qiyam baş verməsi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR