Müstəntiq: Jurnalistin azyaşlı qıza qarşı seksual hərəkət etməsi barədə iddia sübuta yetirilmədiyinə görə cinayət işinin başlanılmasına xitam verilib

Müstəntiq: Jurnalistin azyaşlı qıza qarşı seksual hərəkət etməsi barədə iddia  sübuta yetirilmədiyinə görə cinayət işinin başlanılmasına xitam verilib
# 17 iyun 2014 14:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 7-ci sinif şagirdinə qarşı seksual hərəkət etməkdə təqsirli bilinən jurnalist barədə araşdırma başa çatıb.

Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Əli Babayevin APA-ya verdiyi məlumata görə, may ayın 2-də Mətanət Şükürova polisə ərizə ilə müraciət edərək bildirib ki, “Müstəqil Lider” jurnalının baş redaktoru Faiq Əhmədov onun qızına qarşı seksual hərəkətlər edib.

İdarədə aparılan araşdırmalar zamanı M. Şükürovanın ərizəsində göstərilən faktlar sübuta yetirilmədiyi üçün cinayət işinin başlanılmasına xitam verilib.

Qeyd edək ki, “Vətəndaş və İnkişaf” qəzetinin baş redaktoru olan M. Şükürova mayın 2-də F. Əhmədovun onun qızına qarşı seksual hərəkət etdiyinə Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR