Təhsil Nazirliyi BDU-da kəsiri olan IV kurs tələbləri üçün əlavə şərait yaradıb

Təhsil Nazirliyi BDU-da kəsiri olan IV kurs tələbləri üçün əlavə şərait yaradıb
# 15 may 2013 11:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin (BDU) IV kurs tələbləri üçün əlavə şərait yaradıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün BDU-da IV kurs tələbləri ilə keçirilən görüşdə universitetin prorektoru İradə Əliyeva məlumat verib.

O bildirib ki, bu yaxınlarda BDU ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının I mərhələsində sənəd verərək uğur qazanan, lakin IV illik tədris müddətində yalnız 1 fəndən kəsiri olan tələbələr üçün yaz məktəbinin təşkil olunması üçün nazirliyə məktubla müraciət edib: “Artıq ötən gün təhsil naziri Mikayıl Cabbarovun imzası ilə bu təklifə müsbət cavab verilib. Belə ki, Təhsil Nazirliyinin də icazəsi ilə Bakı Dövlət Universitetinin magistraturaya qəbul imtahanlarında uğur qazanan, lakin universitetdə 1 fəndən kəsiri olan 154 nəfər tələbənin yenidən hazırlaşaraq imtahan verməsi üçün yaz məktəbi təşkil ediləcək. 19 nəfər xarici ölkə vətəndaşının da daxil olduğu 154 nəfər tələbə yaz məktəbində iştirak etmək hüququ qazanıb. Bundan sonra tələbələr iyunun 27-də keçiriləcək imtahanda iştirak edərək qiymətlərini düzəldə biləcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR