İrina Bokova yenidən YUNESKO-nun baş direktoru seçilib

İrina Bokova yenidən YUNESKO-nun baş direktoru seçilib
# 05 oktyabr 2013 00:28 (UTC +04:00)

Bakı-APA. YUNESKO-nun baş direktoru yenidən İrina Bokova seçilib. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, səsvermə Parisdə qurumun İcraiyyə Şurasının sessiyası çərçivəsində keçirilib.

Bokova səsvermənin ilk turunda seçilib. Onun namizədliyini 58 nəfərdən 39 nəfər dəstəkləyib. Bokovanın rəqibləri Cibutinin Fransadakı səfiri Rəşad Fərəh və livanlı Jozef Maila olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR