İranda 8 nəfər edam edilib

İranda 8 nəfər edam edilib
# 27 fevral 2014 06:52 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 8 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar qətldə və təcavüzdə günahlandırılaraq dara çəkiliblər.

İranın Əlborz vilayətində qəsdən adam öldürmək ittihamı ilə ölüm cəzasına məhkum olunmuş 7 nəfər edam edilib. Qətldə ittiham edilərək dara çəkilmiş məhbusların ad və soyadları açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 26-də səhər saatlarında Kərəc şəhərində icra edilib. Məhbuslardan üçü Rəcayişəhr həbsxanasında, biri isə əhalinin gözü qarşısında asılıb. Bundan əlavə, Əlborz vilayətinin müxtəlif yerlərində daha üç nəfər təcavüz ittihamı ilə dara çəkilib.

Eyni zamanda İranın Məşhəd vilayətində də bir nəfər edam edilib. Məhbus qəsdən adam öldürmək ittihamı ilə dara çəkilib. Onun ad və soyadı açıqlanmasa da, 50 yaşında olduğu qeyd edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 25-də səhər saatlarında Məşhəd şəhərinin mərkəzi həbsxanasında icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR