İran “altılıq” ölkələrinin cavabını gözləyir

İran “altılıq” ölkələrinin cavabını gözləyir
# 08 may 2013 08:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran “altılıq” ölkələrinin cavabını gözləyir”. APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Bağıri bildirib.

Onun sözlərinə görə, “altılıq” ölkələri öz mövqelərini açıqlamalıdırlar: “İranla “altılıq” ölkələri arasında Qazaxıstanın Almatı şəhərində nüvə müzakirələri keçirilib. Görüşdə iştirak edən “altılıq” ölkələrinin nümayəndələri nəticələr barədə öz dövlətlərini məlumatlandırmalıdırlar. Bundan sonra bizə bir cavab verilməlidir”.

Qeyd edək ki, mayın 15-də Türkiyənin İstanbul şəhərində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında görüş keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR