Bakıda gecə barı və saunada xüsusi əməliyyat keçirilib, əksəriyyəti Özbəkistan vətəndaşı olan azyaşlı qızlar saxlanılıb

Bakıda gecə barı və saunada xüsusi əməliyyat keçirilib, əksəriyyəti Özbəkistan vətəndaşı olan azyaşlı qızlar saxlanılıb
# 16 may 2013 07:51 (UTC +04:00)

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin narkotiklərlə mübarizə və ictimai təhlükəsizlik idarələrinin mayın 15-dən 16-na keçən gecə həyata keçirdiyi xüsusi əməliyyat əvvəlcədən hazırlanıb. Əməliyyat paytaxtın Nəsimi rayonunda yerləşən “İnfiniti” gecə barında və Xətai rayonunda yerləşən “Dalğa” saunasında aparılıb.

Əməliyyat zamanı 45-i qadın, 8-i kişi olmaqla əxlaqsızlıqla məşğul olan 53 nəfər saxlanılıb. Saxlanılan qadınların əksəriyyəti 16, 17 və 18 yaşlarında olan Özbəkistan vətəndaşlarıdır.

Hazırda paytaxtda bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR