Azərbaycanın Strateji Müdafiə İcmalı sənədi üzərində işlər yekunlaşır

Azərbaycanın Strateji Müdafiə İcmalı sənədi üzərində işlər yekunlaşır
# 06 dekabr 2013 08:48 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Strateji Müdafiə İcmalı sənədi üzərində işlər yekunlaşmaq üzrədir. Bu barədə APA-ya Strateji Müdafiə İcmalının hazırlanması üzrə İşçi Qrupundan məlumat verilib.

Sənədin hazırlanmasına 2008-ci ildə başlanılsa da buna qədərki ilkin - Hərbi Doktrina və Dəniz Təhlükəsizliyi Konsepsiyası kimi mühüm sənədlərin olmaması səbəbindən işlər yubanıb.

Strateji Müdafiə İcmalının hazırlanması prosesi çərçivəsində Türkiyə, Rumıniya, Çexiya, Polşa, ABŞ və digər ölkələrin təcrübəsi öyrənilib. Bəzi mərhələlər üçün NATO və Türkiyə ekspertlərinin yardımından istifadə olunub.

Sənədin gələn ilin ortalarınadək təsdiqi gözlənilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR