AVRO-2016: Azərbaycan yığması püşkatmada beşinci səbətdə yer alacaq

AVRO-2016: Azərbaycan yığması püşkatmada beşinci səbətdə yer alacaq
# 11 dekabr 2013 13:54 (UTC +04:00)

Bakı – APA. Futbol üzrə 2016-cı il Avropa çempionatının seçmə mərhələsinin püşkatması zamanı komandaların yer alacağı səbətlərin tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu format UEFA İcraiyyə Komitəsinin dekabrın 12-13-də keçiriləcək iclasında təsdiqlənəcək. Azərbaycan millisi 5-ci səbətdə olacaq.


Səbətlərin tərkibi aşağıdakı kimidir:

1. İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Yunanıstan, Portuqaliya, Rusiya, Bosniya və Herseqovina

2. İsveç, Ukrayna, Xorvatiya, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya

3. Serbiya, Türkiyə, Sloveniya, Rumıniya, İsrail, Norveç, Slovakiya, Avstriya, Çernoqoriya

4. Ermənistan, Polşa, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus

5. İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr

6. Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Cəbəlütariq, Farer adaları

Qeyd edək ki, Avro-2016-nın seçmə mərhələsinin püşkatma mərasimini 2014-cü il martın 9-da Fransanın Nitsa şəhərində keçiriləcək. Milli komandamız final mərhələsinin iştirakçılarının 24-dən 32-yə yüksələcəyi bu məsul turnirə çıxmaq vəzifəsini indidən qarşısına qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR