Azərbaycan sığortaçıları sığorta haqları yığımını 15%, ödənişlərini isə 13% artırıb

Azərbaycan sığortaçıları sığorta haqları yığımını 15%, ödənişlərini isə 13% artırıb
# 16 aprel 2014 14:45 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu ilin I rübündə Azərbaycan sığorta şirkətlərinin ümumi sığorta yığımları 117,943 mln. manat, sığorta ödənişləri isə 28,57 mln. manat təşkil edib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sığortaçıların yığımları ötən ilin müvafiq dövrü ilə müqayisə 15,173 mln. manat və ya 15,4%, sığorta ödənişləri isə 3,172 mln. manat və ya 12,5% artıb.

Hesabat dövründə könüllü sığorta növləri üzrə əldə olunan yığımların həcmi 17,7% artaraq 87,139 mln. manat, icbari sığorta növləri üzrə isə 9,3% artaraq 30,803 mln. manat təşkil edib.

Bu ilin yanvar-mart ayları ərzində könüllü sığorta növləri üzrə sığorta ödənişlərinin həcmi 11,1% artaraq 19,855 mln. manat, icbari sığorta növləri üzrə isə 15,9% artaraq 8,715 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR