Göyçay rayon sakini həyat yoldaşını bıçaqlayıb

Göyçay rayon sakini həyat yoldaşını bıçaqlayıb
# 17 may 2014 10:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Göyçay rayonunda kişi həyat yoldaşını bıçaqlayıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 16-da Göyçay rayonunun Çayarxı kəndində Elvin Nəsrullayev evində ailə-məişət münaqişəsi zəminində arvadı Töhfəyə bıçaqla xəsarət yetirib.

Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Nəsrullayev tutulub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR