“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Finlandiya parlamenti qarşısında aksiya keçirilib

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Finlandiya parlamenti qarşısında aksiya keçirilib
# 24 fevral 2014 15:30 (UTC +04:00)

Bakı – APA. Finlandiyada fəaliyyət göstərən “Dostluq” Cəmiyyəti bu ölkənin parlamenti qarşısında “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş aksiya təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları əllərində “Xocalıya ədalət!” yazılmış plakatlar və Türkiyə, Azərbaycan bayraqları tutublar.

“Dostluq” Cəmiyyətinin sədri Təranə Nəzərova çıxış edərək Xocalı soyqırımının ermənilərin insanlıq əleyhinə törətdiyi ən dəhşətli cinayət olduğunu bildirib. Daha sonra Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Aksiyada Azərbaycan və Türkiyə diaspor təşkilatların üzvləri, azərbaycanlı tələbələr, eləcə də Finlandiya ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir zamanı Xocalı soyqırımı ilə bağlı videomateriallarla birgə imzalanmış petisiya Finlandiya Xarici İşlər Nazirliyinə və Finlandiya Parlamentinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR