Qəbələdə keçirilən konfransda fövqəladə halların qarşısının alınmasında beynəlxalq əməkdaşlığın vacibliyi qeyd olunub - FOTOSESSİYA

Qəbələdə keçirilən konfransda fövqəladə halların qarşısının alınmasında beynəlxalq əməkdaşlığın vacibliyi qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 04 iyun 2014 10:00 (UTC +04:00)

APA-nın məlumatına görə, natiqlər dünyada hər bir insanın təbii fəlakətlərdən zərər çəkdiyini deyib və fövqəladə halların qarşısının alınmasında beynəlxalq əməkdaşlığın vacib olduğunu bildiriblər. Onlar təbii fəlakət risklərinin azaldılması üçün beynəlxalq əməkdaşlığın həyati əhəmiyyət daşıdığını vurğulayıb və bu əməkdaşlıqda Azərbaycanın fəal iştirakını yüksək qiymətləndiriblər.

Sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub. Konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər və FHN-nin fəaliyyəti ilə bağlı sərgi ilə tanış olublar.

Hazırda konfransda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın fövqəladə halların idarəedilməsi sahəsində cavabdeh dövlət qurumlarının rəhbər şəxsləri çıxış edir, təmsil etdikləri ölkələr barədə təqdimatlar edirlər.

Konfrans iyunun 5-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR