Sabah İçərişəhərdə “Avropa Şəhərçiyi”nin açılışı olacaq

Sabah İçərişəhərdə “Avropa Şəhərçiyi”nin açılışı olacaq
# 30 may 2014 09:38 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Mayın 31-də Bakıda İçərişəhərdə “Avropa Şəhərçiyi”nin açılışı baş tutacaq.

Bu barədə APA-ya Avropa Birliyinin ölkəmizdəki nümayəndəliyindən bildirilib.

Tədbir çərçivəsində iştirakçı ölkələrin təmsilçiləri öz tarix və mədəniyyətlərini nümayiş etdirəcəklər.

Qonaqlar Avropa mətbəxi, musiqisi, teatr tamaşaları və rəssamlığı ilə tanış ola biləcəklər.

Avropa Birliyinin ölkəmizdəki səfiri xanım Malena Mard bildirib ki, “Avropa Şəhərciyi” Azərbaycan ictimaiyyətinə nümayiş olunacaq böyük bir təcrübədir: “Bu, Azərbaycan və Avropa Birliyinin münasibətlərinin inkişafını göstərir. Keçiriləcək tədbir vasitəsilə biz Azərbaycan əhalisinin Avropa haqqında bilgilərini artırmağa çalışırıq. Hamını bu tədbirə dəvət edirəm”.

Qeyd edək ki, tədbir Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi, Avropa Birliyi ölkələrinin Azərbaycandakı səfirlikləri və “İçəri Şəhər” Dövlət Tarix Memarlığı Qoruğu İdarəsi ilə birgə təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR