Braziliya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə həsr olunmuş konfrans keçirilib - FOTO

Braziliya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə həsr olunmuş konfrans keçirilib  - <span style="color: red;">FOTO
# 24 oktyabr 2013 07:31 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüsü ilə Rio de Janeyro Federal Universitetində Braziliya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə həsr olunmuş “Braziliya-Azərbaycan: nailiyyətlər və perspektivlər” adlı konfrans keçirilib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan səfir Elnur Sultanov 20 ildə Azərbaycan-Braziliya münasibətlərində siyasi, iqtisadi və mədəni sahələrdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Səfir son zamanlar ikitərəfli təmaslarda müşahidə olunan dinamikanı vurğulayaraq, hərtərəfli əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edib.

Sonra Azərbaycanın prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, professor Vüsal Qasımlı “Azərbaycan: inkişaf edən iqtisadi güc” adlı təqdimat edərək, Azərbaycanın surətli iqtisadi inkişafı, ölkəmizin aparıcı rolu ilə həyata keçirilən irihəcmli layihələrlə bağlı ətraflı danışıb.

Daha sonra universitetin beynəlxalq münasibətlər fakültəsinin professoru Aleksand Jebit çıxış edərək, Braziliya-Azərbaycan münasibətlərinin inkişafından məmnunluğunu bildirib və bu kimi tədbirlərin müntəzəm təşkil olunmasının vacibliyini vurğulayıb.

Sonda Rio de Janeyro Federal Universitetinin beynəlxalq münasibətlər kafedrasının əməkdaşı Paulo Henrike də çıxış edərək, bu yaxınlarda Braziliyada Azərbaycanın Braziliyadakı səfirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” adlı inşa müsabiqəsinin uğurlu nəticələrindən söz açıb və baş tutmuş bu kimi digər layihələrdən danışıb.

Tədbirin sonunda iştirakçılara Azərbaycanın tarixini, mədəniyyətini, müasir inkişafını və digər sahələri əks etdirən materiallar paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR