Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyalarının gətirilməsinin qarşısı alınıb - FOTO

Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyalarının gətirilməsinin qarşısı alınıb - <span style="color: red;">FOTO
# 23 oktyabr 2013 08:57 (UTC +04:00)

DGK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları TK 336 saylı İstanbul-Bakı aviareysinin sərnişini Azərbaycan vətəndaşı Qəribov Yaşar Nuru oğlunun baqajına X-Ray aparatı ilə baxış keçirərkən, monitorda qızıl-zinət əşyaların təsvirləri əks olunub.

Y. Qəribov gömrük zonasını tərk edərkən gömrük əməkdaşı tərəfindən saxlanılıb və mütləq bəyan olunası malların olub-olmadığı barədə şifahi sorğu-sual aparılıb.

Gömrük bəyannaməsini təqdim etməyən və mütləq bəyan olunan malların olmadığını şifahi bildirəndən sonra ona məxsus baqaja müvafiq qanunvericiliyə uyğun olaraq təkrar gömrük baxışı keçirilib. Baxış zamanı çantada olan yataq örtüyünün arasından qara rəngli sellofan torbaya yerləşdirilib, ümumi çəkisi 307 qram olan qızıl-zinət əşyaları aşkarlanaraq protokol əsasında götürülüb.

Faktla bağlı Qəribov Yaşar Nuru oğlu izahat verərək Bakıdan Türkiyənin İstanbul şəhərinə getdiyini, oradan satış və hədiyyə etmək məqsədilə aldığı 307 qram qızıl-zinət əşyalarını gömrük rüsumu ödəmədən ölkə ərazisinə keçirmək üçün gömrük orqanına bəyan etmədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR