Qafqaz Müsəlmanları İdarəsi Tiflis və Sankt-Peterburq arxivlərini araşdırmaq üçün xüsusi qrup yaradıb - YENİLƏNİB

Qafqaz Müsəlmanları İdarəsi Tiflis və Sankt-Peterburq arxivlərini araşdırmaq üçün xüsusi qrup yaradıb - <span style="color: red;">YENİLƏNİB
# 22 noyabr 2013 13:24 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə QMİ-də keçirilən dəyirmi masada Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.

Bu qrupların Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən yaradıldığını deyən M.Qurbanlı Azərbaycan dövləti tərəfindən prosesə dəstək verildiyini bildirib. M.Qurbanlı bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevin də xüsusi göstərişi olduğunu bildirib.

Şeyx isə qeyd edib ki, Azərbaycanın İslam tarixi ilə bağlı araşdırma aparması üçün yaratdığı xüsusi qrup hazırda Tiflisdə işləyir: “Bundan başqa, Moskva və Sankt-Peterburqda da işlər gedəcək. Çünki Türkmənçay müqaviləsindən sonra Azərbaycanla bağlı əsas materiallar bu arxivlərdə toplanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR