Azərbaycan sənədli filmi IX Kazan Beynəlxalq Müsəlman Film Festivalının qalibi olub

Azərbaycan sənədli filmi IX Kazan Beynəlxalq Müsəlman Film Festivalının qalibi olub
# 12 sentyabr 2013 10:40 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Rejissor Fariz Əhmədovun “Əriyən ada” qısametrajlı sənədli filmi IX Kazan Beynəlxalq Müsəlman Film Festivalının "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasının qalibi olub.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sentyabrın 11-də 2005-ci ildən başlayaraq hər il ənənəvi olaraq keçirilən Kazan Beynəlxalq Müsəlman Film Festivalının bağlanış mərasimi keçirilib. Festivala 27 ölkədən qatılmış ümumilikdə 450 filmdən 50 bədii, sənədli və cizgi filmi festivalın müsabiqə proqramına daxil edilib.

“Əriyən ada” sənədli filmi Mədəniyyət və Turizm Nazirliyi və Kinematoqrafçılar İttifaqının dəstəyi ilə “Azanfilm” studiyası tərəfindən istehsal olunub. Filmin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, operatoru Rüfət Kərimov, bəstəkarı Rauf Əliyevdir.

Xatırladaq ki, indiyədək Azərbaycandan Oqtay Mirqasımovun “Cadugər” filmi Beynəlxalq Kazan müsəlman filmləri festivalının qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR