Mingəçevirdə iki nəfər bıçaqlanıb

Mingəçevirdə iki nəfər bıçaqlanıb
# 16 iyul 2013 09:08 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov-APA. Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə məcburi köçkünlər üçün yeni salınan qəsəbədə baş verib. Şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı 1995-ci il təvəllüdlü Mirzəyev Ziyad Ələddin oğlu 1987-ci il təvəllüdlü Zeynalov Elşən Əhliman oğlunu və 1993-cü il təvəllüdlü Zeynalov Elçin Qəhrəman oğlunu bıçaqlayıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan hər iki şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda xəstələrin vəziyyəti orta ağırdır. Mirzəyev Ziyad Ələddin oğlu isə tutularaq istintaqa təhvil verilib. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR