Aprelin 5-də Azərbaycan ərazisində havanın temperaturu xeyli yüksələcək

Aprelin 5-də Azərbaycan ərazisində havanın temperaturu xeyli yüksələcək
# 03 aprel 2014 12:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Sabah günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraiti mülayimləşəcək, havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, aprelin 5-də ölkə ərazisində cənub küləyinin üstünlüyü temperaturun yüksəlməsinə səbəb olacaq. Belə ki, aprelin 5-də Bakı və Abşeron yarımadasında 15-20, bölgələrdə Mərkəzi Aran rayonlarında 18-23, dağlarda 11-16 dərəcə isti olacaq.

G. Məmmədova qeyd edib ki, aprelin 5-də ölkə ərazisində arabir güclənən gilavar küləyi və ötən günlə müqayisədə temperaturun xeyli yüksəlməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR