Azərbaycanda sənaye sahələrində çalışan muzdlu işçilərin orta aylıq əmək haqları artıb

Azərbaycanda sənaye sahələrində çalışan muzdlu işçilərin orta aylıq əmək haqları artıb
# 21 avqust 2013 13:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin birinci yarısında Azərbaycanda sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki illə müqayisədə 5,1% artaraq 178,8 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, onların orta aylıq əmək haqqı 8,0% artaraq 638,7 manat olub.

İşçilərin 37,3 min nəfəri mədənçıxarma, 90,3 mini emal, 30,6 mini elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 20,6 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmlənib.

Əmək haqlarının daha çox artımı emal sahəsinin elektrik avadanlıqlarının, dəri və dəri məmulatlarının, sair nəqliyyat vasitələrinin, tikinti materiallarının, mebel, geyim, qida məhsullarının, içki, kağız və karton, ağac emalı və ağacdan məmulatların, musiqi, idman və tibb avadanlıqlarının, rezin və plastmas məmulatların və neft məhsullarının istehsalı müəssisələrində müşahidə olunub.

Qeyd edək ki, qeyri-dövlət sənaye bölməsində işçilərin orta aylıq əmək haqqı 6,6% artaraq 750,1 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR