Cenevrədə keçirilən ABŞ-İran-Avropa İttifaqı danışıqları başa çatıb

Cenevrədə keçirilən ABŞ-İran-Avropa İttifaqı danışıqları başa çatıb
# 09 noyabr 2013 00:53 (UTC +04:00)

Bakı-APA. Cenevrədə keçirilən ABŞ-İran-Avropa İttifaqı danışıqları başa çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə ABŞ dövlət katibi Con Kerri deyib. Bununla belə Kerri işin davam etdiyini qeyd edib.

“İşimiz çoxdur”, - deyə o vurğulayıb.

Avropa İttifaqı nümayəndəsinin mətbuat katibi Maykl Mann isə “Twitter” səhifəsində 3 saatdan çox davam edən danışıqları müsbət kimi dəyərləndirib.

Öz növbəsində İran xarici işlər nazirinin müavini Abbas Əraqçı jurnalistlərə deyib ki, danışıqlar bu gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR