Azərbaycan-Türkiyə sərhədində X-Ray rentgen nəzarət-yoxlama kompleksi qurulur

Azərbaycan-Türkiyə sərhədində X-Ray rentgen nəzarət-yoxlama kompleksi qurulur
# 31 avqust 2013 10:51 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan-Türkiyə sərhədində, Sədərək gömrük sərhəd buraxılış məntəqəsində iritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarətini həyata keçirmək məqsədilə X-Ray rentgen nəzarət-yoxlama kompleksi qurulur. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

“Shmith HCVG” markalı rentgen nəzarət sistemi iritutumlu avtonəqliyyat vasitələrinin və onlarda daşınan yüklərin müayinəsində operativliyi və dəqiqliyi təmin edəcək. Bununla da qaçaqmalçılığa, o cümlədən narkotik vasitələrin, odlu silahların, partlayıcı maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə effektivlik artacaq.

Qeyd edək ki, cari ildə Naxçıvan Muxtar Respublikasının İranla sərhədində yerləşən Culfa və Şahtaxtı gömrük sərhəd buraxılış məntəqələrində X-Ray rentgen nəzarət-yoxlama kompleksləri qurularaq istifadəyə verilib. Almaniya istehsalı olan bu rentgen qurğusu vasitəsilə saatda 23 nəqliyyat vasitəsinə baxış keçirmək mümkündür. Yoxlama X-Ray şüasının köməyi ilə aparılır. Ümumi çəkisi 27 ton olan qurğu yük maşınlarının içərisində istənilən yerdə gizlədilmiş əşyaların təsvirini 1 mm dəqiqliklə görməyə, əşyanın tipini, habelə onların təhlükəlilik dərəcəsini müəyyən etməyə imkan verir. Müayinə bitdikdən sonra kompüterdə avtonəqliyyat vasitəsinin istənilən nöqtəsinə rəngli və ağ-qara formatda baxılır, dəqiq yoxlama və analiz aparılır. Cihazda radioaktiv materiallar ayrıca görünür.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR