Bakıda ruhi xəstə olan yaşlı qadın xilas edilib - FOTOSESSİYA - VİDEO

Bakıda ruhi xəstə olan yaşlı qadın xilas edilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 03 fevral 2014 10:27 (UTC +04:00)

Bakı. Fərahim Qasımov - APA. Bakının Nizami rayonunda intihar etməyə cəhd edən yaşlı qadın xilas edilib.

APA-nın məlumatına görə, metronun “Neftçilər” stansiyası yaxınlığında, R. Rüstəmov küçəsi 25 ünvanında yaşlı qadın yaşadığı 5 mərtəbəli binanın pəncərəsinə çıxaraq intihara cəhd edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər. Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə mənzilə giriş qapısından daxil olaraq qadını xilas ediblər.

Təcili Tibbi Yardım Stansiyasının hadisə yerinə gələn əməkdaşlarının APA-ya verdiyi məlumata görə, yaşlı qadın ruhi xəstədir və sözügedən ünvanda oğlu ilə yaşayır.

Nizami Rayon Polis İdarəsindən isə APA-ya bildirilib ki, adıçəkilən ünvanda intihara cəhd hadisəsi baş verməyib: “Həmin ünvanda yaşayan qadın ruhi xəstədir. O, bağlı qapı arxasında qaldığı üçün pəncərəni açaraq kömək istəyib. Hadisə yerinə xilasedicilər çağırılıb və bağlı qapı arxasında qalan qadın xilas edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR