Rusiya prezidenti İrana səfər edəcək

Rusiya prezidenti İrana səfər edəcək
# 17 yanvar 2014 11:38 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Rusiya prezidenti Vladimir Putin İrana səfər edəcək.

APA - nın İRİB-ə istinadən məlumatına görə, bu barədə Vladimir Putin İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşündə bildirib.

Rusiya prezidenti iranlı həmkarı Həsən Ruhaninin onu Tehrana rəsmi səfərə dəvət etməsini yüksək qiymətləndirib: “Mən yaxın zamanda İrana səfər edəcəyəm”.

Qeyd edək ki, Putin-Zərif görüşündə əsas müzakirə mövzuları İranla Rusiya arasında siyasi və iqtisadi münasibətlərin inkişaf etdirilməsi, Cenevrə razılaşması, regional və beynəlxalq məsələlər, o cümlədən Suriya böhranının həlli məqsədilə Cenevrədə planlaşdırılan konfrans olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR