Lənkəranın daha bir yaşayış məntəqəsinə təbii qaz verilib

Lənkəranın daha bir yaşayış məntəqəsinə təbii qaz verilib
# 10 aprel 2014 16:15 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Aprelin 10-da Lənkəran rayonunun daha bir yaşayış məntəqəsinə – Velədi kəndinə təbii qaz verilib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonda bu günədək yaşayış məntəqələrinin 75 faizinin qazlaşdırıldığını diqqətə çatdırıb. O, ilin sonunadək bu sahədə işlərin 95-100 faiz icra ediləcəyini və yerdə qalan ərazilər üçün layihələndirmənin aparıldığını deyib.

T. Qaraşov çıxışında hazırda Lənkəran rayonunda su-kanalizasiya, iri yol layihələrinin uğurla həyata keçirildiyini bildirərək, yeni məktəblərin və uşaq bağçalarının tikintisinin sürətlə aparıldığını, şəhərdə park və bağlarda, küçə və prospektlərdə görülən tikinti, quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını, rayonda yerinə yetirilən bu və digər yeniliklərin yalnız insanların firavan yaşayışına xidmət etdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR