Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi iyulun 1-də irəli sürüləcək

Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi iyulun 1-də irəli sürüləcək
# 26 iyun 2014 00:12 (UTC +04:00)

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu baş nazirin müavini Bülənt Arınc bəyan edib.

“Qeyri-adi bir hadisə baş verməsə, iyulun 1-də baş nazirimizin prezidentliyə namizədliyi rəsmi olaraq irəli sürüləcək” – deyə Arınc bildirib.

Xatırladaq ki, Türkiyədə prezident seçkiləri 2014-cü ilin avqustun 10-na təyin olunub. Türkiyə tarixində ilk dəfə prezident ümumi səsvermə ilə seçiləcək. Əgər birinci turda namizədlərdən heç biri səslərin çoxunu qazanmasa, seçkilərin ikinci turu avqustun 24-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR