Azərbaycanda qonşusunu öldürmək istəyən şəxs tutulub

Azərbaycanda qonşusunu öldürmək istəyən şəxs tutulub
# 27 may 2014 10:06 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda qonşusunu öldürmək istəyən şəxs saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 26-da saat 01 radələrində İsmayıllı şəhər sakini Şahin Salmanov qonşusu Röyal Dəmirovun həyətinə girib və orada ov tüfəngindən atəş açaraq iti öldürüb, səs-küy yarandığından hadisə yerini tərk edib.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərxoş halda olan Ş.Salmanov saxlanılıb, ondan ov tüfəngi götürülüb.

Ş.Salmanov izahatında R. Dəmirovu öldürmək niyyətində olduğunu bildirib.

İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR