Lukaşenko: “Qərb anlayır ki, Belarus Ukrayna deyil və bu ölkədə dövlət çevrilişi mümkünsüzdür”

Lukaşenko: “Qərb anlayır ki, Belarus Ukrayna deyil və bu ölkədə dövlət çevrilişi mümkünsüzdür”
# 22 aprel 2014 13:02 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu parlament və xalqa müraciətində Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

“Onlar anlayırlar ki, bu gün Belarus Ukrayna deyil və burada çevirmək üçün heç nə yoxdur. Lukaşenko Qərbi qane etmir və çətin ki, qane etsin”, - deyə o vurğulayıb.

ABŞ və digər Qərb ölkələrinin Ukrayna, habelə bəzi ərəb dövlətlərinə məsləhətlər verdiyi deyən Lukaşenko qeyd edib ki, çevrilişlər yalnız münbit şərait yetişdiyi ölkələrdə baş verib.

“Elə bilirsiniz ki, ABŞ və Qərb axmaqdır? Onlar nüfuz savaşını aparır. Lakin onu da demək lazımdır ki, onlar münbit şəraitin yetişdiyi ölkələrə öz məsləhətlərini veriblər. Ukrayna böhranı üçün korrupsiya əsas olub, orada hakimiyyət dəyişikliyinə münbit şərait yetişmişdi”, - deyə o vurğulayb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR