ARDNŞ Ukraynada yanacaqdoldurma şəbəkəsini genişləndirir

ARDNŞ Ukraynada yanacaqdoldurma şəbəkəsini genişləndirir
# 20 iyun 2014 06:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ukraynanın Rovensk vilayətində SOCAR brendi ilə yeni yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyətə başlayıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, Kiyev-Çop avtomobil yolunun üzərində yerləşən bu məntəqə SOCAR-ın Rovensk vilayətində ikinci, Qərbi Ukrayna ərazisində isə 11-ci premium-klass tipli YDM-dir.

Burada Polşa və Litvanın qabaqcıl emal zavodlarında Avro-5 ekoloji standartına uyğun istehsal olunan sertifikatlı neft məhsulları reallaşdırılır. Məntəqə ərazisində A-92, A-95, A-95 TM “Nano” benzinləri və TM “Nano” dizel yanacaqları ilə işləyən dörd paylayıcı kolonka quraşdırılıb. İriqabaritli yük maşınlarının TM “Nano” dizel yanacağı ilə təchiz edilməsi üçün sürətli paylayıcı kolonka fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR