Gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib

Gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib
# 10 may 2013 13:52 (UTC +04:00)

Bakı – APA-Economics. Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində Dövlət Bayrağı Meydanında gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək ulu öndərin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Sonra Dövlət Bayrağı Meydanında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.


Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğum gününə təsadüf edən Gömrükçü Andının əhəmiyyətindən danışıb, gömrükçülərin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR