Bakıda Azərbaycan-ABŞ İKT forumu keçirilir - FOTO

Bakıda Azərbaycan-ABŞ İKT forumu keçirilir - <span style="color: red;">FOTO
# 03 dekabr 2013 13:12 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə birinci plenar iclas Azərbaycanın ilk milli süni rabitə peyki və kosmos sahəsi üzrə Azərbaycan-ABŞ tərəfdaşlığında gələcək imkanlar mövzusuna həsr olunub.

Həmçinin, forum çərçivəsində «Azərbaycanın İKT sahəsi: ticarət və investisiya imkanları» mövzusunda plenar müzakirələrin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, ötən il Bakıda keçirilən ilk analoji forumda Azərbaycan və ABŞ arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Azərbaycan tərəfindən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ABŞ hökuməti tərəfindən beynəlxalq rabitə və informasiya siyasəti üzrə ABŞ koordinatoru Filip Verveyer imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR