İran səfiri: “Horadiz-Aslandüz gömrük-keçid məntəqəsi avtomobillər üçün yox, piyadalar üçün nəzərdə tutulacaq”

İran səfiri: “Horadiz-Aslandüz gömrük-keçid məntəqəsi avtomobillər üçün yox, piyadalar üçün nəzərdə tutulacaq”
# 05 noyabr 2013 08:40 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. İran tərəfi Horadiz-Aslandüz gömrük-keçid məntəqəsinin açılmasına müsbət yanaşır. Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Onun sözlərində görə, İran tərəfi bu məsələ ilə bağlı şifahi razılaşmadan sonra Azərbaycandan heç bir rəsmi müraciət almayıb: “Rəsmi müraciət alandan sonra işimizi davam etdirəcəyik. Hər iki tərəf məsələni razılaşdırmalıdır. Biz sizin tərəfin marağını görürük. Həll olunandan sonra bu məsələ də gündəlikdən çıxacaq”.

Səfir əlavə edib ki, keçid məntəqəsi sərhədi piyada keçənlər üçün nəzərdə tutulacaq, nəqliyyat vasitələri isə əvvəlki kimi Biləsuvar, Astara və Culfa gömrük-keçid məntəqələrindən istifadə edəcəklər.

Qeyd edək ki, Horadiz (Azərbaycan) – Aslandüz (İran) sərhəd-keçid məntəqəsi 1993-cü ildə Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına qədər fəaliyyət göstərib. İşğaldan sonra məntəqənin fəaliyyəti dayandırılıb. Məntəqənin açılması bu ilin yayın sonlarında gözlənilsə də, proses hələ də ləngiyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR