Suriyada münaqişə dövründə ölənlərin sayı 120 mini keçib

Suriyada münaqişə dövründə ölənlərin sayı 120 mini keçib
# 31 oktyabr 2013 22:53 (UTC +04:00)

Bakı-APA. Son hesablamalara görə Suriyada münaqişə dövründə ölənlərin sayı 120 min nəfəri keçib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyada insan haqlarının monitorinqi qrupunun hesabatında bildirilir.

Hüquq müdafiəçilərin hesablamalarına görə, münaqişə dövründə 40 mini mülki şəxs olmaqla 120,3 minədək insan ölüb. Ölənlərin 6400-ü uşaq və 4300-ü isə qadındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR