6 saylı cəzaçəkmə müəssisəsində treninq keçirilib

6 saylı cəzaçəkmə müəssisəsində treninq keçirilib
# 25 noyabr 2013 16:23 (UTC +04:00)

Bakı - APA. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə 6 saylı cəzaçəkmə müəssisəsində “Biznesin əsasları, təşkili və idarə edilməsi” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin, Penitensiar Xidmətin, 6 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları iştirak ediblər.

40-dan çox məhkumun iştirakı ilə keçirilmiş treninqdə “Biznesin əsasları, təşkili və idarə edilməsi” mövzusunda təqdimat keçirilib, iştirakçılara biznesin mahiyyəti, biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsinin təşkili, insan resurslarından səmərəli idarə edilməsi və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə iştirakçıları həmçinin, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və s. barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR