Bakıda gənc modelyer-dizaynerlərin moda nümayişi keçirilib

Bakıda gənc modelyer-dizaynerlərin moda nümayişi keçirilib
# 24 iyul 2013 21:25 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Bu gün Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatı ilə türkdilli dövlətlərin gənclərinin beynəlxalq yaradıcılıq festivalı çərçivəsində “Art Garden” incəsənət qalereyasında gənc modelyer-dizaynerlərin moda nümayişi keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistandan olan gənclər iştirak edirlər.

Festivalın məqsədi türkdilli dövlətlərin gənclərinin mədəni və mənəvi nailiyyətlərinin mübadiləsi vasitəsilə mədəni platformanın yaradılması və yaradıcı gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, türkdilli xalqların mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin təbliğidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR