Xaricdə təhsil almaq üçün sənəd vermiş daha 79 namizəd barədə müsbət qərar qəbul olunub

Xaricdə təhsil almaq üçün sənəd vermiş daha 79 namizəd barədə müsbət qərar qəbul olunub
# 09 sentyabr 2013 13:32 (UTC +04:00)

Nazirlikdən APA-ya verilən xəbərə görə, Təhsil Nazirliyi barələrində müsbət qərar qəbul olunan tələbələri təbrik edib: “Əminliklə düşünürük ki, xaricdə təhsil alan tələbələrin Azərbaycana qayıdaraq müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemində, eləcə də özəl sektorda uğurla çalışacaq, Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin inkişafının yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini şərəflə yerinə yetirəcəklər”.

Qeyd olunub ki, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 231 namizəd barədə müsbət qərar qəbul edilib. Digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR