“Azercell Telekom” ilin sonuna kimi 4G sistemini tətbiq edəcək

“Azercell Telekom” ilin sonuna kimi 4G sistemini tətbiq edəcək
# 16 oktyabr 2013 08:38 (UTC +04:00)

“Azercell” şirkətinin prezidenti Kiril Qaburiç “APA-Economics”ə bildirib ki, bu məqsədlə dünyanın bir sıra şirkətləri ilə danışıqlar aparılır.


“Biz bu yaxınlarda 4G sistemini dəstəkləyən telefonlarla bağlı Çin şirkəti ilə danışıqlar apardıq. Çünki bu sistemi dəstəkləyən telefonlar təkcə Azərbaycanda deyil, hətta bütün dünyada azdır. Müzakirələr zamanı onların Azərbaycana bu cür telefonlardan mümkün qədər çox göndərməsini istədik. Çünki bu, bizə artıq yaratdığımız şəbəkəni doldurmağa, ondan istifadə etməyə imkan verəcək”, - deyə K.Qaburiç qeyd edib.


O əlavə edib ki, ilin sonunda “Azercell” şirkətinin 4G şəbəkəsi olacaq: “Bu sistemin tətbiqi xüsusilə jurnalistlərə daha sürətli internet əldə etmək imkanı verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR