Şəkidə ev yanıb

Şəkidə ev yanıb
# 13 mart 2014 07:08 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda bir gündə iki yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisələrindən biri rayonun Qoxmux kəndində, Mikayl Ramazan oğlu Daşdəmirova məxsus ümumi sahəsi 48 kvadratmetr olan birmərtəbəli 1 otaqlı evdə baş verib. Yanğın nəticəsində evin çardağının 24 kv/m sahəsində yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Digər yanğın hadisəsi rayonun Qayabaşı kəndində İsmayıl Rafiq oğlu Məmmədovun yaşadığı evin həyətyanı sahəsində tikilmiş, ümumi sahəsi 90 kv/m olan tövlədə baş verib. Yanğın nəticəsində tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 3 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər iki yanğın baş verən əraziyə FHN-in Şəki rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Hər iki faktla bağlı FHN-in Şəki rayon DYMX-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR