AMEA-da “Azərbaycan teatrı: dünəni, bu günü və sabahı” mövzusunda elmi-praktiki seminar keçirilib

AMEA-da “Azərbaycan teatrı: dünəni, bu günü və sabahı” mövzusunda elmi-praktiki seminar keçirilib
# 01 iyul 2014 14:11 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunda “Azərbaycan teatrı: dünəni, bu günü və sabahı” mövzusunda elmi-praktiki seminar keçirilib.

AMEA-dan APA-ya verilən məlumata görə, seminarda məruzə ilə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov Azərbaycan teatr tarixinə nəzər salaraq, rejissor Adil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımov kimi görkəmli sənətkarların yaradıcılığından danışıb.

Tədbirdə sözügedən rejissorların tamaşalarından videoçarxlar nümayiş olunub.

Teatrşünaslar Könül Əliyeva, Elçin Cəfərov, Aliyə Dadaşova, əməkdar artist Nofəl Vəliyev Gənc Tamaşaçılar Teatrının, Pantomima Teatrının fəaliyyəti və s. mövzularda çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR