Azərbaycan bombaların zərərsizləşdirilməsində istifadə olunan yeni avadanlıqlar alıb

Azərbaycan bombaların zərərsizləşdirilməsində istifadə olunan yeni avadanlıqlar alıb
# 03 sentyabr 2013 13:33 (UTC +04:00)

Bu barədə APA-ya «Alen Vanguard» şirkətindən bildirilib.

Şirkət Azərbaycana bağlı yerlərin (qapıların) arxasında gizlədilmiş bombaları zərərsizləşdirmək, qapıları açmaq üçün xüsusi sistem və bomba zərərsizləşdirən heyətlər üçün qoruyucu geyimlərin satışını həyata keçirib.

Avadanlıqların hansı quruma satıldığı barədə məlumat verilməyib.

Qeyd edək ki, «Alen Vanguard» şirkəti minaaxtaranlar və bomba zərərsizləşdirənlər üçün avadanlıqların, qoruyucu vasitələrin istehsalı sahəsində ixtisaslaşmış dünyanın aparıcı şirkətlərindəndir. Adıçəkilən şirkətin müştəriləri arasında ABŞ, Böyük Britaniya, Kanada və müxtəlif ölkələrin Silahlı Qüvvələri, hüquq mühafizə orqanları yer alır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR